Modern.az

Şairə Sevinc Çılğın kitablarının qiymətini 50 faiz endirdi

Şairə Sevinc Çılğın kitablarının qiymətini 50 faiz endirdi

22 Aprel 2013, 13:24

Gənc şairə Sevinc Çılğın "Alaçarpa" şeirlər kitabı üçün Kitab günü keçirir. Kitab günü aprelin 27-si, saat 18:00-da "Park Bulvar"ın birinci mərtəbəsində, "Əli və Nino" kitab mağazasında baş tutacaq.

Müəllif imza gününündə öz şeirlər kitabını 50 faiz endirimlə satacaq. Məqsəd "Əli və Nino" kitab mağazaları şəbəkəsinin "Qanun" nəşriyyatı ilə birgə keçirdiyi "ƏDV-yə yox deyək" kampaniyasına dəstək vermək və oxucularla görüşməkdir.

Kitab günündə müəllif oxucular üçün kitab imzalamaqdan əlavə, öz şeirlərindən də oxuyacaq. Müəllif oxucuları və kitabsevərləri təqdimata dəvət edir.


Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir