Modern.az

“Şuşa Musiqi Beşiyidir” adlı kampaniyaya başladı

“Şuşa Musiqi Beşiyidir” adlı kampaniyaya başladı

Aktual

22 Aprel 2013, 13:31
 

Sıralarında 50-dən çox qeyri hökumət təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şuşanın işğalının 21-ci ildönümü münasibətilə “Şuşa Musiqi Beşiyidir” adlı kampaniyaya start verib.    

Silsilə tədbirlər sırasında internet üzərindən kampaniyanın aparılması, may ayının 8-i-də “28 Mall” Ticarət Mərkəzində gənc rəssamların Şuşanın işğalına həsr edilmiş əsərlərinin sərgisinin keçirilməsi və bununla yanaşı həmin gün saat 15.00-da ildönümlə bağlı böyük bir toplantının və açıq müzakirənin keçirilməsi nəzərdə tutulur.    
Tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Şuşa rayon icra hakimiyyəti, “Dağlıq Qarabağın azərbaycanlı icması” İB-i, QHT-lər, mətbuat nümayəndələri, deputatlar, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası və digər dövlət qurumlarının nümayəndələri dəvət ediləcək.     

Alyansın tədbirlər silsiləsində innovasiya və yaradıcı yanaşma yer alır. Belə ki, ilk olaraq, Facebook üzərindən Şuşanın işğalına həsr edilmiş azərbaycan və ingilis dillərində irimiqyaslı kampaniya aparılacaq. Kampaniyanın qayəsində dayanan fəlsəfə “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqe tutur” cümləsidir.
İnternet kampaniya çərçivəsində Şuşanın görkəmli yerləri və şəxsiyyətləri haqqında virtual posterlər hazırlanaraq sosial şəbəkələrdə paylaşılacaq. 
İ kinci mərhələdə, Şuşanın zəngin musiqi mədəniyyətinin erməni işğalçıları tərəfindən dağıdılması, onun zəngin mədəniyyətinə böyük ziyan vurulması barədə müraciətlər UNESCO-ya göndəriləcək. 1000-ə yaxın müraciətin göndərilməsini QHT Əməkdaşlıq Alyansı təşkil edəcək.  

Sonuncu mərhələdə may ayının 8-i, bir gün ərzində, “28 May” Ticarət Mərkəzində gənc rəssamların Şuşanın işğalına həsr edilmiş əsərlərinin sərgisi keçiriləcək, ildönümlə bağlı böyük bir toplantı və açıq müzakirə sərgiləncək, internet üzərindən aparılan kampaniya barədə məlumat veriləcək.

Modern.az   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!