Modern.az

Araz Əlizadə ilə “El” üzvləri arasında QALMAQAL düşdü

Araz Əlizadə ilə “El” üzvləri arasında QALMAQAL düşdü

22 Aprel 2013, 15:08

“El” hərəkatının sədr müavini Eldəniz Quliyev Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Milli Şura ilə bağlı tənqidi çıxışına adekvat cavab verib.

Kinodramaturq Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülən Milli Şura ideyasının Araz Əlizadə tərəfindən “ölü doğulmuş uşağa” bənzədilməsinə cavab olaraq E.Quliyev deyib:  

“Bu Arazın fikridir. Mən hesab edirəm ki, Milli Şura haqqında belə bir söz demək yersizdir. Araz həmişə küləyə qarşı getməyi xoşlayır. Və fikirləşmir ki, soyuqlaya bilər. Yəqin ki, nə demək istədiyimi Araz başa düşdü”.  

Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şura ideyasını təndiq edərək bu ideyanı “ölü doğulmuş uşağa” bənzədib. ASDP sədri Rüstəm İbrahimbəyovun bu ideyasının cəfəngiyyat olduğunu vurğulayıb.

Anar RÜSTƏMOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir