Modern.az

Vaqif Bayatlı səhhətinə görə mükafat almağa gedə bilmədi

Vaqif Bayatlı səhhətinə görə mükafat almağa gedə bilmədi

22 Aprel 2013, 16:07


Modern.az
saytının məlumatına görə, çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən olan Vaqif Bayatlı Odər yeni mükafata layiq görülüb. O, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin İslam peyğəmbərinə həsr etdikləri “Nati Şərif” adlı şeir müsabiqəsində birinci yerə layiq görülüb. Türkiyə səfiri İsmayıl Alper Coskunun da iştirak etdiyi mükafatlandırma mərasiminə şairin özü səhhətinin ağırlığına görə qatılmayıb. Mükafat şairin həyat yoldaşı Tamam Bayatlıya təqdim olunub.

Əvvəllər də səhhətindən şikayətçi olan, hətta ağır əməliyyat keçirən Vaqif Bayatlı Odər hazırda təzyiqdən əziyyət çəkir. Vaqif Bayatlı Odər ev şəraitində müalicələrini davam etdirir.

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?