Modern.az

Bakıdakı dahilər bağçasından REPORTAJ

Bakıdakı dahilər bağçasından REPORTAJ

Aktual

22 Aprel 2013, 17:02

Azərbaycanda bugün yüzlərlə  məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə təlim tərbiyə və təhsil ancaq uşaqların ideoloji tərbiyəsinə, fiziki sağlamlığına, qidalanmasına və standart metodlara əsaslanır. Ölkəmizdə təhsil sahəsində ciddi islahatlar aparılsa da fəaliyyət göstərən bu  məktəbəqədər təhsil müəsissələri hələ də sırf  sovet təhsil sisteminin prinsipləri ilə idarə edilir. Bu təhsil-tərbiyə ocaqlarında  nəzərə çarpan inkişaf meylləri yalnız əzbərə söykənən təhsilin verilməsində, yemək,  yatacaq və s. kimi sahələrdə müşahidə olunur.

Lakin dünya təcrübəsi sübut edir ki, şəxsiyyətin formalaşmasında məktəbəqədər təhsilin rolu böyükdür. Fərdin şəxsiyyətə çevrilməsi üçün əsas bünövrənin qurulması məhz  bu təhsil ocaqlarının üzərinə düşür.

Bu gün məktəbəqədər təhsil və tərbiyə ocaqlarında bir sıra  problemlər olsa da, qabaqcıl ölkələrin təcrübəsindən yararlanan  bir sıra təhsil müəssisələr də  fəaliyyətdədir.  Bakıda yeni açılmış Montessori “Dahi uşaqlar” Körpələr evi - Uşaq bağçası da  bu qəbildəndir. Bu təhsil və tərbiyə   müəsissəsi öz fərqlilikləri ilə artıq digər bağçalardan seçilməkdədir.

Montessori “Dahi Uşaqlar” bağçasının direktoru Günel Qafarova  Modern.az- açıqlamasında bu bağçanın təlim, təhsil və tərbiyə metodları , hətta  özəllikləri haqqında məlumat verib: “Bir müddət aparılan araşdırmalardan sonra bəlli oldu ki, yüzillərdir ki, özünü doğrultmuş bir təlim metodu var və bu italiyalı həkim, alim, psixoloq, hüquqşunas  Mario Montessorinin adı ilə bağlı olan  və artıq bir sıra inkişaf etmiş ölkələrin  təhsilinə tam inteqrasiya etmiş və təcrübü olaraq özünü doğrultmuş “Montessori” təlimi metodudur.

 Bu təlim metoduna görə ”dünyanın hər yerində uşaqlar eynidir. Sadəcə olaraq biz onları istedadlı və zəif uşaqlar qruplarına ayırırıq. Lakin bu metoda görə  bacarıqsız, zəif uşaqlar termini yoxdur.  Sadəcə  biz böyuklər olaraq onların qavrama sürətini bilmədən bilik veririk və nəticə olaraq zəif uşaqlar ortaya çıxır.Bu biz böyüklərin günahıdır . Biz onların xüsusi bacarığını üzə çıxarmalıyıq” – G. Qafarova Montesorri təliminin bu əsas şüarının Bakıda bu yaxınlarda istifadəyə verilən  “Dahi Uşaqlar Bağçası”ında da özünü doğruldacağına əminliyini bildirib.

Montesorri uşaq bağçasını bir uşaq  universiteti kimi də qəbul etmək olar. Çünki, burada təhsil alan hər bir uşaq istər təlimi istərsə də  tərbiyəsi cəhətdən yaşıdlarından xeyli fərqlənir. Həm nəzakət qaydaları baxımından, həm bir şəxsiyyət kimi formalaşmasında  Montessori məktəbi olduqca önəmli məktəbdir. Artıq dünyanın bütün inkişaf etmiş ölkələrində Montessori təlim metodu əsəsında qurulan məktəbəqədər təhsil müəsissələrini görmək mümkündü. Amerika, Almaniya, Avstriya, Fransa, Kanada, Rusiya, İtalya, Fransa buna misal ola bilər.

Türkiyədə isə  artıq 3 ildir ki ,Montessori metodu  ilə məktəbəqədər təhsil müəsissələri fəaliyyət göstərir. Hətta Amerikada “HİGH school” səviyyəsində tətbiq olunur. Bu təlim sistemininin bir sıra məzunları hətta  dünyanın  çox məşhur insanlardır. Lary Page və Sergey Brin Google və Wikopediya yaradıcıları,Will Wright The Sims oyunun qurucusu, Şahzadə William vəŞahzadə Harry ingilis kral ailəsi, Amazon Saytının qurucuları, John Bradshaw dünyaca şöhrətli yazıçı və psixoloq, Gabriel Garcia Marquez ədəbiyyat üzrə Nobel mükafatçısı və bir çoxunu misal göstərmək olar.

Xanım Qafarovanın sözlərinə görə, Montessorinin Bakı filialı Türkiyə nümunəsi üzərində qurulub. Bağçada gözlə görülən hər bir şey yəni bağçanın sadə və səliqəli dizayna malik olması,mebellər,yataq otaqları, sinif otaqları və oradakı bütün materiallar dünyanın bütün montessori təlimi keçirilən məktəbəqədər təhsil müəsissələrində  vahid standartdır. Burada işləyən müəllimlər Türkiyədə kursları bitirərək beynəlxalq sertifikat alıblar. Bağçada azərbaycan, rus və  türk qrupları fəaliyyət göstərir  və yaş qrupları 1-6 yaş dövrlərini əhatə edir.Montessori təlimləri hər bir uşağın qavrama sürətini nəzərə alınaraq hər bir uşaqla fərdi məşğul olunur. Gələcəkdə ingilis qrupunun açılması da planlaşdırılır. Əsas məqsəd Azərbaycan üçün öz fikrini azad ifadə edəcək vətəndaşlar, şəxsiyyətlər yetişdirməkdir.

Digər təhsil sistemlərində isə çox zaman uşaqlarla kompleks şəklində məşğul olunur. Bu zaman uşaqların qavrama surəti nəzərə alınmır. Hər uşaq fərqli olduğu kimi onların qavrama surəti də fərqlidir. Montessori metodunun  üstün cəhətlərindən biri də   uşaqların hər biri ilə  fərdi məşğul olma prinsipidir. Bu da uşaqların psixologiyasını fərdi dəyərləndirməyə, onların  hansı xüsusiyyətə, eləcə də onların hansı bacarıqlara  malik olduğunu ortaya çıxarmağa imkan yaradır. Hər bir uşağın özünə məxsus potensialı var. Sadəcə kimdəsə qavrama sürəti daha sürətli, kimdəsə  bir az zəifdir. 

Dərslərə gündəlik həyat bacarıqları, duyğu ,riyaziyyat, oxu və yazmaq, coğrafi,bialoji biliklər, əlavə dərs kimi də, şahmat, musiqi, teatr, ingilis dili daxildir. Bu dərslər zamanı uşaqların beyni yüklənmir. Bu hal o vaxt baş verər ki, verilən bilik əzbərə söykənən qavramsız bilik olsun.Bu təlim metodunun elə məhz üstünlüyü ondadır ki, verilən hər bir bilik əzbərsiz, şüurlu qavramaya,idraka istinad edir. Burada Azərbaycanın heç bir məktəbəqədər təhsil müəssisəsində olmayan materiallar burada vardır. Təlimlər də bu materiallar üzərində keçirilir. Bu materialların üstünlüyü xəta kontrollu olmasındadır. Bu materiallarla keçirilən təlimlərin nəticəsində   uşaqlar aydın şəkildə öz səhvlərini görə bilirlər. Özləri öz səhvlərini anlayaraq aradan qaldırırlar. Səhvin müəllim tərəfindən bildirilməməsi isə uşaqlarda özünə qapalılıq,inamsızlıq kimi mənfi hisslərin yaranmasına imkan vermir.Beləcə  uşaqların  gələcəkdə azad fikirli  şəxsiyyət kimi yetişməlrində əvəzsiz rol oynayır.

Məşğələlərdə iştirak edib etməmək uşağın istəyindən asılı olur. Bu da ona əsas verir ki, istəklə olunan hər şey sonda müsbət nəticə verər. Bu təlimdə cəza və mükafat yoxdur.

Mükafat olduqda uşaqların özünə inamı onları eqoistləşdirəcək qədər yüksək olur və bu da uşağın düzgün tərbiyəsində olduqca mənfi amildir. Eləcə də uşaqlara heç bir məcburiyyət qoyulmamalıdır. Çünki uşaqlar bir insan memarıdırlar,onlar öz daxili dünyalarında bir inşa planı hazırlayırlar, bəzən  biz böyüklər müdaxilələr edərək onların inşa planının həyata keçməsini əngəlləmiş oluruq.

Bakı Montessori  Dahi Uşabağçasında  gözlə görülən hər bir şey yəni bağçanın sadə və səliqəli dizayna malik olması, mebellər, yataq otaqları,sinif otaqları və oradakı bütün materiallar dünyanın bütün montessori təlimi keçirilən məktəbəqədər təhsil müəsissələrində standartdır. Rəngarəngliliyə çox üstünlük verilmir. Məqsəd uşaqların buraya təhsil ocağı kimi baxmaları və diqqətin paylanılmasının qarşısını alamağa nail olmaqdır. İstifadə olunan materiallar həm də   çox dəyərlidir.

Materiallar oyun xarakterlidir.  Bu uşaqların paylaşmaq hissini gücləndirmək məqsədi daşıyır. Bu təlim uşaqlaın əsəb psixi sistemində həm də bir sakinlik  yaradır. Uşaqlara  bu təlimi bütün duyğu üzvlərinin səfərbərliyi ilə  öyrədilir. Hətta  sayları belə toxunaraq, hiss edərək, əylənərək öyrənirlər. Taktil - toxunma üzvü də daxil, 5 hiss üzvünün tam harmonik fəaliyyətinə üstünlük verilir . Yemək menyusu - gündə 3 dəfə olmaqla həkim-dietoloq tərəfindən hazırlanır.Yeməklər süfrəyə bir növ İsveç masası kimi ümumi qablarda düzülür, uşaq hansından istəsə, ondan yeyə bilər.Yeməklərin hazırlanmasında uşaqların istəyi də nəzərə alınır.

Montessoridə gün 8:30 da başlayıb, 18:00- a qədər davam edir.Yaş qrupu 1- 6 yaş arasıdır . Montessori təlimini ictimaiyyətə çatdırmaq məqsədi ilə hər həftə açıq qapı günü təşkil olunması planlaşlaşdırılır.
Dünyaya səs salan Montessori təliminin yaranma və tədbiqi prosesi də maraqlıdır. Bakı Montessori  Dahi Uşaq bağçası özəl olsa da qeyri kommersiya təşkilatıdır. Yəni gəlir güdülmür. Əldə olunan vəsait tam bu təhsilin inkişafı üçün nəzərdə tutulur.

 

 

Ulduz İbrahimova

Elçin Ağayev 

Bizlə hər gün əlaqə yarada bilərsiniz.

Adresimiz :Bakı şəh.Nəsimi ray.İzzət Həmidov 7

Əlaqə tel:012 597 08 77, 012 597 16 35, 055 963 05 27

E-mail:[email protected] 

www.montessori-baki.az 

www.montessori-azerbaijan.com

facebook.com/baki.montessori.dahi.usaq.bagcasi

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı