Modern.az

Sabahdan yağışlı günlər başlayır

Sabahdan yağışlı günlər başlayır

17 Mart 2010, 16:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18 m/s olacaq, gündüz şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-25 m/s təşkil edəcək, axşama doğru yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Martın 19-da hava şəraitinin buludlu olacağı, gecə və səhər yağış yağacağı, gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə arabir 23-25 m/s-dək güclənəcək, gündüz şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Martın 20-də hava şəraitinin buludlu olacağı, arabir açılacağı, yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15-17 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam ayrı-ayrı rayonlarda yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15-20 m/s olacaq, gündüz ayrı-ayrı rayonlarda 28-33 m/s-dək güclənəcək.  Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

19-20 martda bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı, axşam və gecə ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin surəti 7-12 m/s olacaq, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək, martın 20-də gündüz şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər