Modern.az

Bakıda yol hərəkəti ilə bağlı geniş maarifləndirmə işinə start verilir

Bakıda yol hərəkəti ilə bağlı geniş maarifləndirmə işinə start verilir

22 Aprel 2013, 16:49
«Jurnalistika və İnikşaf Mərkəzi» evakuasiya prosesi ilə bağlı yeni təklif hazırlayıb  



Son vaxtlar avtomobillərin yeri gəldi-gəlmədi yol polisi əməkdaşları tərəfindən evakuasiya olunması cəmiyyətdə, xüsusən də, sürücülər arasında əksər hallarda haqlı narazılığa səbəb olur. Yol polisi sürücüləri qadağan olunmuş yerlərdə avtomobil saxlamaqda günahlandırsa da, qarşı tərəf iddia edir ki, bu tələbin qarşılığında ilk növbədə avtomobili park etmək üçün müvafiq yerlər ayrılmalıdır. Beləliklə də, tərəflər arasında bu cür söz-söhbət davam edə-edə problem də həllini tapmır.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə aprel-iyul aylarını əhatə edəcək yeni bir layihənin icrasına başlayıb. Təşkilatdan verilən məlumata görə, bu layihədə ilk növbədə son illər yol qəzalarının sayının artmasından doğan narahatlığı nəzərə alaraq sürücülər, piyadalar, bir sözlə, bütün yol hərəkəti iştirakçıları arasında maarifləndirmə işi nəzərdə tutulur. Layihənin icrasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin iştirakı planlaşdırılır.
Layihə 4 ay müddətində icra olunacaq ki, bu zaman müxtəlif orta məktəblərdə görüşlər, sonda isə yol hərəkəti mövzusunda geniş müzakirə təşkil ediləcək. İctimai Birlik sürücülərin narazılığına səbəb olan evakuasiya xidməti ilə bağlı da müəyyən addımlar atacaq. Belə ki, layihə çərçivəsində 3 mindən çox müvafiq vərəqlər çap olunaraq sürücülərə pulsuz paylanılacaq. Həmin vərəqlərə sürücünün ad-soyadı və telefon nömrəsi yazılmaqla avtomaşının qabaq alın şüşəsinə yapışdırmaq üçün nəzərdə tutulur. Beləliklə də, yol polislərinin avtomobili evakuasiya etməzdən əvvəl sürücüyə zəng edib onu avtomobilin yanına dəvət etməsi sonradan yarana biləcək hər hansı narazılığın qarşısını ala bilər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi