Modern.az

“Yeni Azərbaycan” qəzeti 20 illiyini qeyd etdi - FOTOLAR

“Yeni Azərbaycan” qəzeti 20 illiyini qeyd etdi - FOTOLAR

Aktual

22 Aprel 2013, 21:30

 

“Yeni Azərbaycan” qəzeti 20 illiyi ilə bağlı tədbir keçirilib. Modern.az – ın  məlumatına görə, tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənovla Novruz Məmmədov, deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir qəzetin fəaliyyəti haqqında videoçarxın nümayişi ilə başlayıb.

“Yeni Azərbaycan” qəzetinin Azərbaycanın 20 illik müstəqillik tarixinin salnaməsinini yazdığını deyən baş redaktor Hikmət Babaoğlu öz çıxışında qəzetin çoxillik fəaliyyətini qısa şərh edib. Mətbuata dövlət tərəfindən hər cür qayğı göstərildiyini deyən H. Babaoğlunun fikrincə, bu gün mətbuatın cəmiyyətdə tutduğu mövqe, daşıdığı məsuliyyət yüksələn xətlə inkişaf edir. 

Çıxış edərək qəzetin müasir milli mətbuatın formalaşmasında əhəmiyyətindən danışan Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov  -  “Qəzetin 20 ildir fəaliyyət göstərməsi ilk növbədə Heydər Əliyev siyasətinin təbliğ olunması, bu siyasətin həyata keçirilməsi istiqamətində əldə edilən uğurların Azərbaycan oxucularına çatdırılmasından ibarət olub” deyə  bildirib.

PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qəzetin kollektivini bu gün münasibəti ilə təbrik edib və Azərbaycan prezidenti İlham Əliyevin “Yeni Azərbaycan” qəzetinə ünvanlanmış təbrik məktubunu oxuyub.

Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.


 

Elçin AĞAYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür