Modern.az

“Muğanbank” Beynəlxalq Banklararası Forumunun baş sponsoru kimi çıxış edib

“Muğanbank” Beynəlxalq Banklararası Forumunun baş sponsoru kimi çıxış edib

23 Aprel 2013, 11:07

“Muğanbank” ASC-nin baş sponsorluğu ilə aprelin 17-20 İsraildə «David InterContinental Tel Aviv» mehmanxanasında Moskva Beynəlxalq Valyuta Assosiasiyasının “Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrin banklararası əməkdaşlığı: yeni reallıqlar, yeni çağırışlar” mövzusunda  “V Beynəlxalq Banklararası Forum”u keçirilmişdir. 

Forumun təxminən  300 iştirakçısı və qonaqları arasında dövlət tənzimləyici orqanların nümayəndələri, bank və birjaların top-menecmenti, xəzinədarlıq və müxbir əlaqələr şöbələrinin rəhbərləri və işçiləri, maliyyə institutlarının, banklararası biznes sahəsinin nümyəndələri, maliyyə, broker və konsaltinq şirkətlərinin rəhbərləri, ekspertlər, analitiklər və  KİV nümayəndələri təmsil olunmuşlar.  Forumun təşkilatçısı  qismində Moskva Beynəlxalq Valyuta Assosiasiyası çıxış etmişdir. “Muğanbank” ASC-nin nümayəndə heyəti beynəlxalq forumun işində fəal iştirak etmişdir.

“Muğanbank” ASC-nin Marketinq  departamentinin direktoru Rəşad Alıyev və “Muğanbank” ASC-nin Xəzinədarlıq departamentinin direktor müavini Konstantin Rəsulov məruzələrlə çıxış etmişlər. Hər iki məruzəçi “"Muğanbank” məhsulları və bazarda innovasiyalar”  və “Valyutaların nisbi güc indikatoru  vasitəsilə valyuta bazarlarının proqnozlaşdırılmasının effektivliyi” mövzusunda,   beynəlxalq maliyyə bazarlarının təhlilinin həyata keçirilməsi üçün müasir məhsul və texnologiyaların işlənib-hazırlanması, tətbiqi və istifadəsi haqqında maraqlı məruzələrlə çıxış etmişlər. 

Forumun digər iştirakçılarının çıxışları dünyada makroiqtisadi vəziyyətə, qlobal maliyyə bazarının və onun yerli seqmetlərinin inkişaf proqnozlarına həsr olunmuşdu.

Tədbir iştirakçıları tərəfindən həmçinin   banklararası maliyyə bazarının infrastrukturunun inkişafı ilə bağlı məsələlər də müzakirə olunmuşdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir. “Muğanbank” ASC Almaniyanın, Rusiyanın, Türkiyənin, Latviyanın, Avstriyanın, Qazaxıstanın və Ukraynanın  aparıcı bankları ilə yüksək səviyyəli məkdaşlığını davam etdirir.    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?