Modern.az

Azərbaycanlı deputat AŞPA Nazirlər Komitəsinin sədrinə sual verib

Azərbaycanlı deputat AŞPA Nazirlər Komitəsinin sədrinə sual verib

Aktual

23 Aprel 2013, 11:17

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Andorranın xarici işlər naziri Jilber Saboya Sunye çıxış edərək komitənin fəaliyyəti haqda hesabat verib və daha sonra  AŞ PA deputatlarının suallarını cavablandırıb. Qənirə Paşayeva Jilber Saboya Sunye Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb. 

Qənirə Paşayeva deyib ki, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu bu günə kimi məcburi köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində heç bir nəticə əldə edə bilməyib. Avropa Şurası məkanında yaşayan 100 minlərlə azərbaycanlı köçkün Avropa Şurası, Parlament Assambleyası, Nazirlər Kabinetindən onların öz evlərinə dönə bilməsinə kömək göstərilməsini, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini istəyir: “Avropa Şurası bu istiqamətdə hansı addımlar atmalıdır? Nazirlər Komitəsinin sədri kimi sizin fikirlərinizi bilmək istərdik. Avropa Şurasının bir üzvü olan Azərbaycanın torpaqlarının hələ də Avropa Şurasının üzvü olan Ermənistan tərəfindən işğalın davam etməsinə münasibətiniz necədir?”

Millət vəkili Rafael Hüseynov və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Yordi Çuk da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ermənilərin təcavüzkar siyasətinin hələ də davam etməsi, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması və andorralı nazirin bu yaxınlarda Ermənistanla Azərbaycana etdiyi səfərlə bağlı ona sual ünvanlayıblar. Avropa Şurası Nazirlər Komitəsinin sədri isə bu suallara cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər cür yardım göstərməyə hazırdırlar: “Biz Avropa Şurası Nazirlər Komitəsində iki ölkə arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir və sülh prosesini dəstəkləyirik. Bu prosesə hər cür yardım göstərməyə hazırıq. Avropa Şurası Nazirlər Komitəsinin bir qrup səfiri bu ilin mart ayında Ermənistanda, aprel ayında isə Azərbaycanda səfərdə olublar. Ermənistana etdiyimiz səfərlə bağlı hesabatımız artıq Nazirlər Komitəsində müzakirə edilib və bu səfərin nəticələri barədə yaxın vaxtlarda AŞPA da məlumatlandırılacaq. Azərbaycana gəldikdə, biz aprel ayında Bakıda olduq və bu səfərə aid hesabatımız da Nazirlər Komitəsinə təqdim olunacaq. Təbii ki, nəticələrə dair fikirlərimizi AŞPA ilə də bölüşəcəyik”. Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür