Modern.az

İTV-nin yeni rəhbəri digər vəzifələrindən imtina etməyəcək

İTV-nin yeni rəhbəri digər vəzifələrindən imtina etməyəcək

Aktual

23 Aprel 2013, 12:57


“Seçki qabağı öz platformam haqqında geniş danışmışam. Mənim üçün əsas məqsəd azərbaycançılıq, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq və professionallıqdır”. Modern.az xəbər verir ki, bu sözləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Cəmil Quliyev deyib.

“Çalışacağıq ki, İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyət və incəsənətə də geniş yer verilsin. Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə kinoteatr deyil, ümumiyyətlə böyük məfhumdur. Televiziyada çalışanlar professional, savadlı və mədəni insanlar olmalıdır”.

Mədəniyyət kanalının rəhbəri olan Cəmil Quliyev bildirib ki, orada yeni rəhbər seçiləcək.

“Bu kanal öz fəaliyyətini davam etdirəcək və ona da rəhbər seçiləcək. Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm, öz işimi bu sahədə davam etdirəcəyəm. Həm də çalışacağam ki, pedaqoji fəaliyyətimi kənarda qoymayım”.  

Aqşin Kərimov
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!