Modern.az

BDU-nun dünya şöhrətli məzunu...

BDU-nun dünya şöhrətli məzunu...

23 Aprel 2013, 13:27



Heydər Əliyev Sovet imperiyasının tarixində rəhbər vəzifəyə çəkilən yeganə müsəlman idi. Çünki rus imperalizmi millətlərə, o cümlədən müsəlmanlara, xüsusən də türklərə nifrət bəsləyirdilər. Belə bir vəziyyətdə Heydər Əliyevin bu qədər yüksək səviyyədə qiymətləndirilməsi onun yüksək siyasi şüuru, fonemen şəxsiyyət olması idi. Bəlkə də onların Heydər Əliyevi Moskvaya - yüksək vəzifəyə çəkməkləri Azərbaycanı başsız qoymaq məqsədi güdürdü. Ancaq Heydər Əliyev bunu bilirdi. Ona görə də o, son ana kimi canından artıq sevdiyi doğma Azərbaycanı göz bəbəyi kimi qorudu. Heydər Əliyev eyni zamanda özünü şərəflə qoruyurdu. O zaman ki, qorumaq mümkün olmadı, həmin andaca Siyasi Bürodan istefa verdi. Bu hərəkəti, bu qəhrəmanlığı o zaman heç kəs bacara bilməzdi. Və bu addımı atmağı Heydər Əliyev bacardı. Bunu erməni və rus birləşmələri çoxdan gözləyirdi. Bundan sonra Qarabağ müharibəsi başladı. Nə qədər Ulu öndər Heydər Əliyev vəzifədə idi, ermənilər bu məsələni qaldıra bilmirdilər. İndisə əlverişli şərait yaranmışdır. 20 yanvar hadisələri, Qarabağın işğalı bundan sonra baş verdi. 

Heydər Əliyev Siyasi Bürodan istefa versə də, siyasi mübarizəsindən qalmırdı. O, adı ilə, şəxsiyyəti ilə düşmənlərə qarşı mübarizə aparırdı. Onun 20 yanvar hadisələri ilə bağlı verdiyi bəyanat tarixi qəhrəmanlııq idi. O vaxt SSRİ-də Siyasi Büronun üzvlərindən yalnız Heydər Əliyev siyasi həyata qayıda bildi. Özü də elə-belə yox, o, böyük, möhtəşəm bir güclə yenidən siyasi aredaya döndü, Qafqaza və dünya siyasətinə təsir edə bildi. Onun gücü dərin savada, yüksək siyasi iradəyə, əqidəyə, öz xalqına dərin tellərlə bağlı olmasından irəli gəlirdi.

Xarici ölkələrlə münasibətlər qurmaq, iqtisadi və siyasi əlaqələr yaratmaq, xüsusən, qonşu ölkələrlə pozulmuş münasibətləri tənzimləmək onun siyasətinin ana xəttinə çevrildi. Xarici ölkələrin iş adamlarının Azərbaycana sərmayə yatırması həm ölkəmizin inkişafına, həm də müstəqilliyimizin qorunmasına böyük təminat idi və Ulu öndər bu məsələyə xüsusi diqqət yetirirdi. Xarici sahibkarlar Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin möhkəmliyinə, əbədiliyənə inandılar, ona görə onlar ölkəmizdə böyük layihələrin həyata keçirilməsinə başladılar. Yeni yaranan neft kantraktları, “Əsrin müqaviləsi”, Bakı-Ceyhan neft kəməri və dünya miqyaslı layihələr Heydər Əliyəv siyasətinin təntənəsi idi. 

Həmişə öz-özümə fikirləşirəm ki, Heydər Əliyevin gücü nədə idi? 1. O, savadına, biliyinə, tərübəsinə arxalanırdı. 2. Əxalqa söykənirdi, dayqalarını xalqın içində tapırdı. 3. Xalqın dilini bilirdi, keçmiş tarixini dərindən öyrənmişdir, onun folkloruna dərindən bələd idi. 4. Ayrı-ayrı bölgələrin xüsusiyyətlərini dərindən bilirdi. 5. Xalqın ədəbiyyatını sevirdi, ziyallarına, mədəniyyət işçilərinə hörmət və ehtiram göstərirdi, onların problemlərini həll edirdi. 6. Türkçülüyə, İslama bağlı insan idi, xalqın adət-ənələrini həm yaxşı bilir, həm də ona hörmət edirdi. 7. İqtisadiyatı elmi şəkildə bilirdi. Bilirdi ki, müharibə iqtisadiyyata söykənir. 8. Beynəlxalq qanunları gözəl bilirdi. 9. O, sülhü sevirdi və sülhə inanırdı, insanı, insanlığı sevirdi. 10. Bütün dünyada hörməti vardı. Onu da unutmaq lazım deyil ki, Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir, xalqımız tarixi torpaqlarımızda zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır və böyük dünya siyyəsətçisi Ulu öndər Heydər Əliyev məhz belə bir şanlı tarixin yetirməsi idi. Bütün bunlar onun qalib gəlməsi üçün vacib şərt sayılırdı.

Heydər Əliyev təhsilə böyük diqqət yetirirdi. Bu, Ulu öndərin müdrikliyindən, peşakarlığından, ölkəni elmi şəkildə idarə etməyindən irəli gəlirdi. Onun həyatı Bakı Dövlət Universiteti il sıx bağlı olmuşdur. O, 1957-ci ilə Bakı Dövlət Universitetinin tarix fakültəsuini əla qiymətlərlə və fəxri diplomla bitirmiş, bundan sonra bütün həyatı və ictimai-siyasi fəaliyyəti boyu universitetdən bir an da olsa ayrılmamışdır. Bakı Dövlət Universiteti həmişə Azərbaycanın müstəqillik ideyalarının keşiyində dayanmış, bu idayaları daha da inkişaf etdirmiş və ən nəhayət müstəqilliyin bərpasında onun da əməyi az olmamışdı. Əlbəttə, universitetə bu ritmi, bu fəaliyyəti XX əsrin 50-ci illərindən sonra Heydər Əliyev vermişdir. O, 1969-cu ilin noyabrında universitetin 50 illik yubileyində iştirak edərək Azərbaycan dilində çıxış etmişdir. O vaxt Azərbaycan üçün bu, böyük bir hadisə idi. Heydər Əliyevin universitetdəki həmin çıxışı Azərbaycan dilinin inkişafına böyük bir təkən verdi, 1937-ci ildən sonra içlərdə donub qalmış qorxu buzunu əritdi, insanların içində azadlıq eşqini daha da alovlandırdı. Unversitetin kadr potensialını formalaşdırdı, onun fiziki və mənəvi hüdudlarını genişləndirdi, yeni korpuslar, yataqxanalar tikildi, yeni ixtisaslar artırıldı, kollektivdə dövlətə, hakiməyətə böyük inam hissi yarandı. Bütün bunların hamısı Heydər Əliyevin universitetə qayğısından irəli gəlirdi. O, yaxşı bilirdi ki, ölkənin formalaşması və inkişafı üçün ən birinci təhsildə inqilab yaratmaq lazımdı. Ona görə də Ulu öndərin vətən sevgisində Bakı Dövlət Universiteti mühüm rol oynayırdı, o, həmişə universiteti diqqət mərkəzində saxlayırdı. Onun bütün problemlərini həll edirdi, maddi-sosial bazasını möhkəmləndirdi, müəllimlərə fəxri adlar verirdi. O, 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyində böyük həvəslə içtirak etdi və dərin məzmunlu, lakonik bir nitq söylədi . Ulu öndərin bu nitqi Bakı Dövlət universitetinin və bütövlükdə Azərbaycan təhsil sisteminin gələcək strategiyasını müəyyənləşdirirdi. O, bundan sonar da, Bakı Dövlət Universitetini heç vaxt unutmadı və bu gün də Bakı Dövlət Universiteti öz dünya şöhrətli məzununu - Heydər Əliyevi unutmur, Ulu öndərin böyük ideyaları ilə gələcəyə doğru iri addımlarla addımlayır, dünyanın ən büöyük universitetlərinin birinə çevrilir. 

Ulu öndər ədəbiyyatı çox sevrdi. Heydər Əliyev və ədəbiyyat məsələləri asan qavranılan, bir-iki aylığa öyrənilən məsələ deyil, mənə elə gəlir ki, bu məsələ illərlə universitetlərimizdə tələbələrə tədris ediləsi bir mərhələdi. Bunun üçün kifayyət qədər samballı elmi-metodiki ədəbiyyatlar yazılmalı, dərsliklər tərtib edilib çap edilməlidir. Heydər Əliyev və ədəbiyyat epoxasının əsası 1969-cu ildən başlayır. Bu tarix Stalin rejimindən ürək döyüntləri ölmüş və Xuruşov siyasətindən sərsəm vəziyyətə düşmüş cəmiyyətin dirçəlməsi zamanı idi. Bu vaxtdan Heydər Əliyev cəmiyyətin ürək ritmlərini qaydasına salır, şüurlarda kök salmış qorxu hisslərini aradan götürür, sovet imperiyasında ilk dəfə olaraq azad sözə, siyasi prüalizmə, çox fikirliliyə demekrotiyaya rəvac verirdi. Əslində 60-cı illər Azərbaycan ədəbiyyatında intibah prosesləri, inkişaf və dönüş nöqtəsinin yaranması Heydər Əliyevin ictimai həyata gətirdiyi yeni ritm və demokratiya ilə bağlı olmuşdur. Ulu öndərimiz 60-cı illərdən başlayaraq klassik və müasir ədəbiyyatımızı, milli-mənəvi əxalaqidəyərlərimizi yad ünsürlərdən qorudu, inkişaf etdirdi, mən deyərdim ki, Azərbaycan Sovet ədəbiyyatında minillik anlayışının banisinə və yaradıcısına çevrildi. O, ədəbiyyat və incəsənət xadimlarini daim önə çəkdi, qayğı göstərdi. O, təkcə müasirlərə deyil, tarixi keçmişimizə, yaddaşımıza sahib çıxdı, onları unudulmaqdan qorudu.            

Azərbaycan Yazıçılarının 10-cu qurultayında Heydər Əliyev deyirdi: “Milli özünü dərk, milli oyanış, dirçəliş prosesi birinci növbədə xalqımıza ədəbiyyatdan keçir. B.Vahabzadə, X. Rza kimi şairlərin əsərlərində bu fikir və duyğular birbaşa, açıq, müstəqim yolla təlqin olunubsa, bir sıra digər əsərlərdə Azərbaycanı sevmək, xalqımızı sevmək, azərbaycançılıq duyğuları dolayısı yolla oxuculara aşılamışdır”. Bu sətirləri yazarkən düşünürəm ki, mövcud zamana, mövzuya bələdlilik, hadisəni təhlil etmək ustalığı Ulu öndərdə ilham kimi görsənir və böyük bir zaman tarixinə işıq salır.  90 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarına nəzər salsaq, onun doğurdan da, bir siyasət məktəbi olduğunu aydın görə bilərik. Heydər Əliyev dövlətimiz üçün əsl idarəçilik məktəbi, qətiyyət simvolu idi. İllərin, neçə-neçə hadisələrin ağır sınağından çıxmş Heydər Əliyev bütün biliyini, siyasi istedadını, gücünü, həyatını belə xalqından əsirgəmədi.                                                                                                     

Qəşəm Nəcəfzadə, 
Şair, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyyətinin üzvü,
“Azərbaycan” jurnalı poeziya şöbəsinin müdiri 

Qeyd: Məqalə BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur.
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir