Modern.az

Fuad Muradov: “Belə bir beynəlxalq forum ilk dəfədir keçirilir”

Fuad Muradov: “Belə bir beynəlxalq forum ilk dəfədir keçirilir”

Aktual

23 Aprel 2013, 13:46



“Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfədir keçilir. Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubleyinə həsr olunub.  Əsas məqsəd müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünəvrəsini qoymaqdır”. 
Bu sözləri Bakıda keçiriləcək “Gənc şairələrin beynəlxaq Forumu”nun təşkilatçısı olan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq.
“Bu son illərdə ölkədə ədəbi mühitində bir hadisə olacaq. Avropa ölkələrindən tutmuş Afrikaya qədər ölkələrədə yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkənin formalaşadıracaqlar”.

  Deputat qeyd edib ki, Forum zamanı gənc şairələr müxtəlif mövzularda müzakirələrdə iştriak edəcək, şerlərini söyləcək və ədəbi diskusisyalarda iştirak edəcəklər. “Azərbaycanın ədəbi gəncliyini bu foruma dəvət edirik. Ümid edirəm ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasında öz töhfələrini verəcək” –deyən F. Muradov Forumun təşkilndə göstərdiyi köməyə və dəstəyə görə, şairə Günel Anarqızı və görkəmli aktyorumuz Fəxrəddin Manafova  minnətdarlığını bidirib.  
Qeyd edək ki, aprelin 26-29-da Beynəlxalq Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq Forumu” keçiriləcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı