Modern.az

İran ayətullahı soyunan müğənnilərimizi təhqir etdi

İran ayətullahı soyunan müğənnilərimizi təhqir etdi

Mədəni̇yyət

23 Aprel 2013, 17:07

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmçilsçisi Seyid Həsən Amili Azərbaycanın xanım müğənniləri təhqir edib.

Modern.az saytı İran mətbuatına istinadən bildirir ki, Seyid Həsən Amili azərbaycanlı müğənnilərin yüngül əxlaqlı olduğunu, efirlərdə ancaq soyunaraq şou göstərdiyini vurğulayıb.

Seyid Həsən Amili Azərbaycan rəsmilərinə və millət vəkillərinə müraciət edərək müsəlman qadınlarının yüngül hərəkətlərinə göz yummamağa, yarıçılpaq qadınların efirlərə çıxmasının qarşısını almağa çağırıb.

Azərbaycanlı xəstələrin müalicə almaq üçün İrana axışdığını deyən ayətullah ölkəmizdə təhsil və səhiyyə sahəsində ciddi problemlərin olduğunu bildirib.


A.RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi