Modern.az

28 qəzet və jurnalist qurumunun layihəsi qalib gəlib

28 qəzet və jurnalist qurumunun layihəsi qalib gəlib

17 Mart 2010, 17:54

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini martın 18-də açıqlayacaq. Modern.az xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli bu gün bildirib ki, 28 layihə qalib seçilib.

Xatırladaq ki, 2010-cu ilin ilk müsabiqəsinə 47 layihə təqdim olunmuşdu.

Müsabiqə altı istiqamət üzrə müəyyənləşdirilib - Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; İnformasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi; KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi; Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir