Modern.az

Həmid Herisçidən yeni qalmaqal: “Axundovla Mirzə Cəlil Azərbaycan ədəbiyyatına ağır zərbə vurub”

Həmid Herisçidən yeni qalmaqal: “Axundovla Mirzə Cəlil Azərbaycan ədəbiyyatına ağır zərbə vurub”

24 Aprel 2013, 10:16


Modern.az
saytının “Molla Nəsrəddin” və Mirzə Cəlillə bağlı başladığı polemikada qalmaqallı  çıxışları ilə yadda qalan publisist Həmid Herisçi bu dəfə də başqa bir iddianı ortaya qoydu. Mirzə Cəlillə Mirzə Fətəli Axundovun Azərbaycan elminə və ədəbiyyatına zərbə vurduğunu bildirən yazar fikrini bu cür əsaslandırır.     

- Saytınızın bu barədə polemika başlatması çox yaxşıdır. Çünki artıq mistikaya xurafat adı verib onu inkar etmək keşmişdə qaldı. İndi dünyaya mistikanı kosmoenergetika, ekstrasensorika, fövqəlinsan xüsisiyyətləri kimi qəbul edir. Artıq mistika barədə Şeyx Nəsrullah söhbəti edilmir. İndi dünyada fizioloqlar, insani həyatın mənasını öyrənən elmlər mistikanı qabardırlar. Bizim maarifçilərin  xurafat adı ilə damğaladığı bir sahə dirilir. Ateizmin diskussiyası keçmişdə qaldı. Mənə elə gəlir ki Axundovla , Mirzə Cəlilin yaradıcılığındakı antimistik obraz artıq bu gün üçün keçərli deyil. Yəni öz aktuallığını və əhəmiyyətini itirib. Axundovla Mirzə Cəlil tolerant olmayıblar. Onların mistikaya mənfi münasibəti Azərbaycan elminə və ədəbiyyatına çox mənfi təsir edib. Siz görürüsüz ki, müasir dünya ədəbiyyatı və elmi mistikadan necə istifadə edir. İstər ingilis, istər rus və başqa ədəbiyyat bu gün mistikadan yararlanır. Onlar bizlər kimi inkar etməyiblər. Bəzi maarifçilərin mənfi fəaliyyəti bu sahəyə çox böyük zərbə vurub. İngilis öz ədəbiyyatında bu gün sirli qüvvələrdən istifadə edirsə, deməli bizim ədəbiyyat çox geridədir. Biizm minillik ədəbiyyat məhz mistikanın üzərində qurulub.  Nizmai Nəsimi,  Nəimi, Füzuli mistik olub. Axundovla Mirzə Cəlil isə bu ədəbi xəttə zərbə vurdular”. 

Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi