Modern.az

Bakı metrosunda sərnişinlər evakuasiya edildi

Bakı metrosunda sərnişinlər evakuasiya edildi

24 Aprel 2013, 10:18

Bu gün səhər saatlarında Bakı Metropolitenində gərgin anlar yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə stansiyada sərnişinlərin sıxlığı müşahidə olunub. Bundan başqa, müxtəlif istiqamətlərdə qatarlar tuneldə qalıb. Bəzi stansiyalarda isə qatarlar platformalarda dayanıb. Problem əsasən “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində baş verib.

Bakı Metropoliteninin hərəkət xidməti rəhbərinin müavini Etibar İsayev ANS PRESS-ə açıqlamasında bildirib ki, problem “Koroğlu” stansiyasında yaranıb. Metropoliten rəsmisinin sözlərinə görə, qatarda yaranmış problem nəticəsində ləngimələr yaranıb.

Nəticədə sərnişinlər evakuasiya edilib. Qatar təmir üçün depoya göndərilib. Proses 21 dəqiqə sürüb. Bu müddətdə də, metropolitendə qatarların hərəkətində ləngimələr olub. Bəzi qatarlar tuneldə qalıb. Şükürlər olsun ki, sərnişinlər arasında xəsarət alanlar olmayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır