Modern.az

Latviya prezidenti Azərbaycana gəldi

Latviya prezidenti Azərbaycana gəldi

Aktual

24 Aprel 2013, 11:25


Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.


Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!