Modern.az

AXCP: “Milli Şuranın hakimiyyət komandası olacağı barədə qəti fikir bildirmək tezdir”

AXCP: “Milli Şuranın hakimiyyət komandası olacağı barədə  qəti fikir bildirmək tezdir”

Aktual

24 Aprel 2013, 13:47

“Yaradılacaq Milli Şuranın müxalifətin hakimiyyət komandası olacağı barədə  qəti fikir bildirmək tezdir. Bəzən bəzi məsələləri proqnozlaşdırırıq, amma reallaşmır. Sadəcə olaraq müzakirələr gedir”. Bu sözləri Modern.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib. Partiya rəsmisinin sözlərinə görə, bu diskussiyaların əsnasında birləşmiş müxalifətin verəcəyi qərar vacibdir.

“Müxalifət bir arada cəmləşib  yer alarsa o zaman daha da ciddi məsələlər barədə razılığa gələ bilər. Bura hakimiyyətin idarə olunması, keçid hökuməti və s məsələlər daxildir. AXCP-nin dəstəklədiyi ideya odur ki, Azərbaycanda dəyişiklik olmalıdır”.-deyə o vurğulayıb. R. Nurullayevin sözlərinə görə, Azərbaycanda insan haqları, demokratiya ilə bağlı problemlərin aradan qaldırılması üçün müxalifətin birləşməsi və bunun nəticəsində dəyişiklik lazımdır. “Dəyişikliyin kim tərəfindən yerinə yetirilməsi AXCP üçün o qədər də önəmli deyil. AXCP dəyişikliyin tərəfdarıdır. Bu mənada müxalifətin geniş anlamda birləşməsinin tərəfdarı olaraq çıxış edirik”-deyə müxalifəti birliyə çağırıb.

Xatırladaq ki, Müsavat partiyasının başqanı İsa Qəmbər  “Yeni “Müsavat” qəzetinə müsahibəsində qeyd edib ki, Rüstəm İbrahimbəyovun təklif etdiyi Milli Şuranın yaradılması ilə müxalifətin hakimiyyət komandasının əsası formalaşa bilər.  

Aqşin Kərimov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!