Modern.az

“Hacıqabul gölünün bərpasına dəstək”

“Hacıqabul gölünün bərpasına dəstək”

24 Aprel 2013, 14:24


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Hacıqabul gölünün bərpasına dəstək” layihəsinin icrasına başlayıb.

Üç ay ərzində həyata keçiriləcək layihədə məqsəd quruma təhlükəsi ilə üzləşmiş Hacıqabul gölünün bərpası və qorunması məsələsinə gənclərin diqqətini cəlb etməkdir.  
Hacıqabul gölündə yaranmış vəziyyətlə yerində tanış  olmaq üçün İctimai Birliyin və digər gənclər təşkilatlarının üzvü olan gənclərin,  ekoloji mövzularda yazan jurnalistlərin Hacıqabul gölünə ekskursiyası təşkil ediləcək.  Problemin həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekologiya üzrə ixtisaslaşmış QHT-lər, gənclər təşkilatları, mütəxəssislər və ekoloji mövzularda yazan kifayət qədər təcrübəli jurnalistlərin iştirakı ilə debat keçiriləcək. Problemin həlli yolları ilə bağlı təkliflər paketi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabinetinə göndəriləcək. Problemlə bağlı qısa məlumat və problemin həlli ilə bağlı təkliflərin yer aldığı buklet hazırlanaraq əhalinin sıx olduğu yerlərdə (universitetlərin, metrostansiyaların qarşısında) gənclərə paylanacaq. Gənclərin gölün bərpası və qorunması məsələsi ilə bağlı fəallığı ümumən cəmiyyətin və dövlət qurumlarının diqqətinin bu məsələyə yönəlməsinə və müvafiq dövlət qurumlarının real addımlar atmasına zəmin yaradacaq.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı