Modern.az

Eynulla Fətullayev: “Layihəmə cəlb olunanların adı xüsusi kampaniyada açıqlanacaq”

Eynulla Fətullayev: “Layihəmə cəlb olunanların adı xüsusi kampaniyada açıqlanacaq”

24 Aprel 2013, 16:05

“Layihəni həyata keçirmək üçün bir neçə tanınmış imza ilə danışıqlar gedir”. Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Eynulla Fətullayev yeni yaradacağı qəzet və xəbər portalı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. E. Fətullayev qeyd edib ki, Azərbaycan bölməsinin redaktoru “Yeni Müsavat” qəzetinin əməkdaşı Famil Cəfərli olacaq.

”Xüsusi reklam kampaniyaları zamanı digər tanınmış imzaların da adları açıqlanacaq”.

Xatırladaq ki, bir neçə gün öncə hüquq müdafiəçisi Eynulla Fətullayevin yeni xəbər portalı və qəzet açacağı ilə bağlı xəbər vermişdik. “Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli də Modern.az-a açıqlamasında Eynulla Fətullayevdən iş təklifi aldığını bildirib.  

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır