Modern.az

Əkrəm Əylisinin xanımının yerinə direktor təyin edildi

Əkrəm Əylisinin xanımının yerinə direktor təyin edildi

26 Aprel 2013, 14:56


Bir müddət əvvəl ölkədə böyük səs-küyə səbəb olan Əkrəm Əylislinin “Daş yuxular” romanına görə yazıçının işdən azad olunan xanımının yerinə təyinat olub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayevin Modern.az-a verdiyi məlumata görə, artıq Qalina Aleksandrovanın vəzifələrini Lubov Vasilyevna Aydəmirova icra edir. Lyubov Vasilyevna Aydəmirova Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialına direktor təyin olunub.

Arayış: L. Aydəmirova 1949-cu ildə anadan olub. Moskva Dövlət Mədəniyyət Universitetini bitirib. Bu günə kimi müxtəlif yerlərdə çalışıb.

1975-ci ildən Qurban Abbasov adına Mədəniyyət Sarayında işləyib. 2010-cu ildən əmək veteranı adına layiq görülüb. Orada bədii rəhbər, direktor müavini, direktor vəzifələrində çalışıb. 2013-cü ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 sayı filialına direktor vəzifəsinə təyinat alıb və hazırda həmin kitabxananın direktorudur.

Gültəkin Ələsgər   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi