Modern.az

Hadi Rəcəbli yeni kitabını təqdim etdi - FOTO

Hadi Rəcəbli yeni kitabını təqdim etdi - FOTO

Aktual

26 Aprel 2013, 17:44


Bu gün Azərbaycan Respublikası Przeidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin “Sabitlikdən sosial rifaha” kitabının təqdimatı olub. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”  deyən, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən və öz fəaliyyətində həmişə xalqa arxalanan mərhum prezident Heydər Əliyevə həsr olunmuş elmi-publisistik məqalələr toplusundan ibarət olan bu kitabda görkəmli şəxsiyyətin həm sovet dönəmində, həm də ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi müddətdəki fəaliyyətindən, əsasən də sosial sahədə həyata keçirdiyi islahatlardan, həmçinin onun layiqli varisi və davamçısı, bu günün və sabahın Prezidenti möhtərəm İlham Əliyevin pespublikamızda həyata keçirdiyi genişmiqyaslı proqramlardan, xüsilə  sosial müdafiə sistemindəki uğurlardan, eləcə də, bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da  mərhəmət ünvanı kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, respublikamızın birinci xanımı Mehriban Əliyevanın xeyirxahlıq missiyasından da geniş söhbət açılır.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun, Milli Məclisin komitə sədrləri və digər deputatların və alimlərin qatıldığı tədbiri giriş sözü ilə açan AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Przeidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Hyedər Əliyevin istər sovet dövründə, istərsə də müstəqilliyə nail olunduqdan sonra Azərbaycana rəhbərliyi zamanı respublikamızın iqtisadi inkişafı, əhalinin sosial rifahınn daha da yaxşılaşdırılması üçün gördüyü əhəmiyyətli işlərdən söz açıb, bu dahi şəxsiyyətin 90 illik yubileyi ərəfəsində işıq üzü görən bu kitabın böyük əhəmiyyəti olduğunu vurğulayıb. Rektor qeyd etdi ki, Hadi Rəcəbli 1976-ci ildən Bakı Ali Partiya məktəbinin tələbəliyindən bu günədək taleyini bu təhsil ocağı ilə bağlamış tələbəlikdən professorluğadək bütün dövlətlərdə H.Əliyev siyasi kursuna sədaqətlilik və siyasət elminin bilicilərindən biri kimi seçilmişdir. Sonra Milli Məclisin üzvü, MEA-nın Tarix institutunun direktoru, akademik Yaqub Mahmudov, professor Musa Quluzadə, Milli Məclisin üzvləri Musa Quliyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov və digərləri çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində həmişə xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə nail olunması mühüm yer tutub. Bu illərdə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük dirçəlişə nail olan, ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən ulu öndər daim Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu tarixin sərt sınaqlarından inamla çıxarmışdır. Həmçinin vurğulanıb ki, XX əsrin sonlarında Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilib möhkəmləndirilməsi, demokratik inkişaf yolu ilə irəliləyən respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və səmərəli fəaliyyətinin, uğurlu xarici və daxili siyasətinin nəticəsidir.

Çıxışlarda xüsusilə o da vurğulanıb ki, Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəblinin bu kitabı Heydər Əliyevin yubileyinə layiqli töhfə olmaqla yanaşı, həm də ölkəmizdə sosial siyasət sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları müvafiq ali məktəblərin tələbələri üçün də qiymətli vəsaitdir və belə bir kitab yazılmağa hamıdan çox haqqı olan məhz Hadi Rəcəblidir. Çünki o, Heydər Əliyev məktəbinin layiqli yetirməsidir və uzun illərdir ki, sosial siyasətin hüquqi bazasının yaradılmasında böyük zəhməti var.  

Tədbirin sonunda çıxış edən H.Rəcəbli kitabın Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inam və  Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, respublikamızın birinci xanımı Mehriban Əliyevanın xeyirxahlıq missiyasının doğurduğu rəğbət hissindən yazıldığını bildirib.

Kitabın elmi redaktoru BDU-nun kafedra müdiri, professor Əli Əhmədov, ön sözün müəllifi BDU-nun kafedra müdiri professor Əli Həsənov, redaktoru Musa Nəbioğludur.   

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi