Modern.az

“Zərli tac kamallı başa yaraşır” - FOTOLAR

“Zərli tac kamallı başa yaraşır” - FOTOLAR

26 Aprel 2013, 19:38


Bu gün ölkəmizdə Azərbaycan xalqının görkəmli şəxsiyyəti, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə Aşıq Şəmşir Məcəniyyət Ocağı İctimai Birliyi və Bakı Dövlət Universiteti birgə yubiley tədbiri təşkil etmişdir. “Zərli tac kamallı başa yaraşır” adlı tədbirdə Aşıq Şəmşirin Heydər Əliyevə həst etdiyi şeirlərin əsasında hazırlanıb və Heydər Əliyevin Azərbaycana həsr etdiyi şərəfli ömrün anları əks etdirən film nümayiş etdirilib.

Tədbirdə Kəlbəcər rayon ziyalıları, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirin rəsmi hissəsində Universitetin rektoru, akademik Abel Məhərrəmov, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyin sədri, yazıçı Qənbər Şəmşiroğlu, Xalq şairi Zəlimxan Yaqub və başqaları çıxış etmiş, Ulu Öndərlə bağlı olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənət adamları çıxış etmiş, Ulu Öndər Heydər Əliyevə həsr edilən mahnılar ifa ediblər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir