Modern.az

Selincerin gizli məktubları tapıldı

Selincerin gizli məktubları tapıldı

Ədəbi̇yyat

27 Aprel 2013, 15:05

Amerikanın məşhur yazarı Devid Selincer ömürnün sonlarını tərkidünya şəkildə başa vurdu.  2010-cu ildə 91 yaşında vəfat edən Selincer özünü bütün insanlardan təcrid etmişdi. Amma onun bu yaxınlarda Amerika muzeylərindən birinə bağışlanan məktubları barəsində bilinməyən məlumatları üzə çıxardı.

Belə ki, heç kimlə əlaqə saxlamayan yazıçı mütamadi şəkildə bir nəfərə məktublar yollayırdı. Həmin şəxs isə kim olsa yaxşıdı. Uzaq Hindistandan olan və fəlsəfi cərəyan yaartmış Sami Vivekananda. O qədim tarixə malik olan hind fəlsəfəsini və mədəniyyətini yaymaqdan ötrü  Ramakrişna-Vivekananda mərkəzini yaratmışdı. Məşhur yazıçı da mərkəzə mütamadi olaraq məktublar yollayırdı. Çünki tərkidünya həyat keçirən Selincer Qədim Şərq mədəniyyəti,  fəlsəfəsi və dinlərinə çox böyük maraq göstərirdi. Özünün  qismən də olsa bu müdrik qatda tapa bilən Selincer Vivekandaya məktublar göndərərək ondan  çox şeylər öyrənirdi. Bu yaxınlarda mərkəz Selincerin onlara yolladığı  28 məktubu Amerikanın Morqan Kitabxana və Muzey mərkəzinə hədiyyə edib. Həmin məktublar Selincerin bütün daxili aləmini və həayatının  gizli qalan tərəflərini oxuculara göstərir.

 

Hazırladı : Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər