Modern.az

Əkrəm Əylisli etiraf etdi: “”Daş yuxular”ı yazdığıma peşman deyiləm”

Əkrəm Əylisli etiraf etdi:  “”Daş yuxular”ı yazdığıma peşman deyiləm”

Mədəni̇yyət

28 Aprel 2013, 22:41


“Daş yuxular” romanı ilə Azərbaycanda böyük rezonans doğuran keçmiş xalq yazıçısı Əkrəm Əylislinin ölkədən getməsi haqda yayılan xəbərlər erməni mətbuatından da yan keçməyib. Əkrəm Əylislini Azərbaycanın ən məşhur yazarı adlandıran erməni mediasında onun təzyiqlərə məruz qaldığını, “Daş yuxular” romanına görə yazıçının haqsızlığa uğradığı qeyd olunur.

Erməni mətbuatının yazdığına görə, Əkrəm Əylisli Rusiya KİV-lərindən birinə açıqlama verərək “Daş yuxular” romanını dərc etdiyinə görə peşman olmadığını bildirib.

“Haqqında danışılan kitabı yazdığıma görə peşman deyiləm. Əsərlərimdən imtina etməyimi və və səhv etdiyimi deməyimi istəyirlər. Bu mənim sənətimdir. Əminəm ki, xalqımı bu əsərimlə nəinki aşağılayıram, əksinə yüksəldirəm. Burda yalan bir şey yoxdur.Niyə öz kəndimdə olanlar haqda yalan deməliyəm? Məqsədimiz nədir? Erməniləri sevməkmi? Heç bir namuslu yazıçı belə bir şeylə məşğul deyil”-deyə yazıçı Rusiya mətbuatına açıqlama verib.

Qeyd edək ki, Əkrəm Əylislinin ölkədən getdiyi, xarici ölkələrdən birində sığınacaq almaq istədiyi bildirilsə də yazıçı bu məlumatların yalnış olduğunu, Azərbaycanı tərk etmək niyyətində olmadığını bildirib.

Xatırladaq ki, “Daş yuxular” romanı ilə Azərbaycanda böyük kütlə tərəfindən tənqidə məruz qalan Əkrəm Əylisli prezidentin sərəncamı ilə Xalq yazıçısı adından və prezident təqaüdündən məhrum edilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır