Modern.az

“AYB Gülhüseyn Hüseynoğlunun durumunu daim diqqətdə saxlayır”

“AYB Gülhüseyn Hüseynoğlunun durumunu daim diqqətdə saxlayır”

29 Aprel 2013, 10:27

Modern.az medianın və oxucu kütləsinin tam olaraq yaddan çıxardığı daha bir böyük yazar, xalq yazıçısı Gülhüseyn Hüseynoğlunu gündəmə qaytardı.
Yazıçının səhhəti pisləşib, o, hazırda xəstədir.

AYB-nin sözçüsü Ədalət Əsgəroğlu mütəmadi olaraq onunla əlaqə saxladıqlarını bildirib.

“Əvvəllər həftədə iki dəfə AYB-yə gəlsə də, səhhətinə görə quruma çoxdandır ki, ayaq basmır. AYB rəsmiləri daim telefon əlaqəsi saxlayıb Gülhüseyn Hüseynoğlunun səhhəti ilə maraqlanır”.

Xatırladaq ki, Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. 1947-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib  aspiranturaya qəbul olub. Şəxsiyyətə pərəstiş dövründə həbs olunub və 25 il azadlıqdan məhrum edilir. 1956-cı ildə tam bəraət alaraq yenidən aspiranturaya bərpa olunur. Universitetdə müəllim saxlanılır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olur.

"Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap edilib. 30-dan çox kitabı işıq üzü görən G. Hüseynoğlunun ən böyük xidməti Azərbaycan ədəbiyyatına mənsur şeiri gətirməkdir. Bu il oktyabrın 16-da yazıçının 90 yaşı tamam olur. G. Hüseynoğlu böyük şairimiz Mikayıl Müşfiqin ən böyük araşdırmaçısıdır. Mikayıl Müşfiqin Azərbaycan oxucusunun sevimlisinə çevrilməsində yazıçının xidmətləri böyük olub. O, M. Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir.

 

Elmin Nuri

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir