Modern.az

Fəxrəddin Manafov: “Mən reallığı xoşlayıram.., nə gəldi oxumuram...”

Fəxrəddin Manafov: “Mən reallığı xoşlayıram.., nə gəldi oxumuram...”

29 Aprel 2013, 11:38

“Mən həyatı, yaşamağı və oxumağı çox sevirəm. Həyatımda hər şey öz qaydasında gedir”. Bunu tanınmış aktyor, xalq artisti  Fəxrəddin Manafov Modern.az-ın suallarını cavablandırarkən deyib. Aktyor bildirib ki,  “Mahmud və Məryəm” filminin çəkilişlərindən sonra təkliflər almayıb.

“Əslində, bir neçə təklif gəlib, amma ortada real bir şey yoxdur. Mən də ki reallığı xoşlayıram”.

Son zamanlar nə işlə məşğul olduğu və qarşıdakı yayda harada dincələcəyi barədə danışan xalq artisti zarafat etməyi də unutmayıb.

“Gündəlik həyat tərzimə gəldikdə hamı necə, mən də elə yaşayıram. Bütün insanlar kimi səhər dururam, yeyirəm, içirəm və çoxlu kitab oxuyuram. Özü də nə gəldi oxumuram .Yəni hansı kitab maraqlıdırsa, onu da əlimə alıram. Mənim üçün fərqi yoxdur. İstər detektiv, istər fəlsəfi, istərsə də sevgi əsəri olsun, mütaliə edəcəyəm. Həyatı, yaşamağı, oxumağı çox sevirəm. İstirahətə, xaricə səfərə gəlincə, o vaxta çatanda sizə zəng edərəm”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?