Modern.az

İlhamə Nazpəridən 700 min manat tələb etdi

İlhamə Nazpəridən 700 min manat tələb etdi

Mədəni̇yyət

29 Aprel 2013, 21:09


Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. ANS PRESS-in məlumatına görə, xalq artistinin vəkili Şəfiqə Nağıyeva mətbuata açıqlamasında, hanşı şikayət ilə iddia qaldırdıqlarını bildirib: "İlhamə xanım qarşı tərəfi onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaqda ittiham edir. İlhamə Quliyeva Nazpəridən mənəvi zərərə görə 200 min, maddi ziyan üçün isə 500 min manat təzminat tələb edir".

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın digər xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia 9 aprel 2013 tarixində Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilməmişdi.

İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva ərizənin rədd edilməsində şikayət ərizəsinin tutarlı yazılmamasını əsas gətirmişdi: "Şikayət ərizəsi mən tərəfdən yazılmayıb. Ərizə ilə Yasamal Məhkəməsində tanış oldum. Ərizənin məzmunu məni qane etməmişdi. Sözsüz ki, hakimi də qane etməyib".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir