Modern.az

Nazpəri İlhamə Quliyevanın 700 minlik iddiasına cavab verdi

Nazpəri İlhamə Quliyevanın 700 minlik iddiasına cavab verdi

Mədəni̇yyət

30 Aprel 2013, 11:14

“İlhamə Quliyevanın məni məhkəməyə verməsindən  xəbərim yoxdur”.  Bunu Modern.az-a açıqlamasında xalqa artisti Nazpəri Dostəliyeva  İlhamə Quliyevanın onu məhkəməyə verməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

N.Dostalıyevanın sözlərinə görə, onun məhkəmədən xəbəri yoxdur və bu məsələlərlə yalnız vəkilləri məşğul olur.

“Bu işlərlə mənim vəkillərim məşğul olur,  heç bir məhkəmədən mənim xəbərim yoxdur. Məhkəmə olmadan da heç nə deyə bilmərəm”.

Qeyd edək ki,  xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. Belə ki müğənninin vəkili Şəfiqə Nağıyeva mətbuata açıqlamasında, hanşı şikayət ilə iddia qaldırdıqlarını bildirib: "İlhamə xanım qarşı tərəfi onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaqda ittiham edir. İlhamə Quliyeva Nazpəridən mənəvi zərərə görə 200 min, maddi ziyan üçün isə 500 min manat təzminat tələb edir".

Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!