Modern.az

Mənim lənətlənmiş dünyam...

Mənim lənətlənmiş dünyam...

Ədəbi̇yyat

30 Aprel 2013, 18:38

Bu günlərdə yazar Ziya Səfərbəyovun “ Mənim lənətlənmiş dünyam” kitabının təqdimatı keçirilib. Bu kitab çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır. İkinci obraz - məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu haqqındadır. O, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. Nəhayət, üçüncü qəhrəman zorlanmış qızdır. Onun acınacaqlı  taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyur.

Təqdimat mərasimində kitabla bağlı treyler nümayiş etdirilib, müəllif tərəfindən kitabın müəyyən hissələri oxunub. Qeyd olunub ki, ABŞ-ın “Reklayfing” nəşriyyatı “ Mənim lənətlənmiş dünyam” kitabını rus dilində ABŞ-da çap edərək, kitabın orada  yaşayan rus dilli əhaliyə satışını təşkil edəcək.  

22 yaşlı Ziya Səfərbəyov Moskva Dövlət Texniki Universitetinin “Biznesin təşkili və idarəetməsi” fakültəsində təhsil alır. İnsan psixologiyası və jurnalistikaya dərin maraq göstərməklə yanaşı, gənc nəslin mənəvi və fiziki problemlərinin səbəbləri, həlli yolları haqqında da araşdırmalar aparmaqdadır. Müəllif hazırda “Билет в капкан"  kitabının üzərində işləyir.





Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir