Modern.az

Ermənistan pilotsuz təyyarə istehsal etmək istəyir

Ermənistan pilotsuz təyyarə istehsal etmək istəyir

19 Mart 2010, 09:46

Ermənistan pilotsuz təyyarələrin yaradılması üzrə addımlar atır. Modern.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən erməni hərbi ekspert “News.am”  saytına  bildirib. Onun sözlərinə görə, pilotsuz təyyarələrin yaradılması Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. “Ermənistan kimi kiçik ölkə üçün bu məsələ fövqələdə önəmə malikdir, Ermənistan təhlüksizliklə bağlı bir çox problemlərini həll edə bilər”,-deyə mənbə bildirib. Mənbə əlavə edib ki, pilotsuz təyyarələrdən həm kəşfiyyat, həm də digər məqsədlər üçün istifadə olunur. “Azərbaycan bu cür təyyarələri İsraildən alır, əgər Ermənistan bu cür təyyarələri özü istehsal edəcəksə, onda Azərbaycan qarşısında böyük üstünlük qazanmış olacaq”. Onun sözlərinə görə, Ermənistan kimi xırda ölkələr üçün pilotsuz təyyarələr ucuz qiymətlərinə görə sərfəlidir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?