Modern.az

Rəqsanə onu tənqid edən müğənni həmkarının payını verdi

Rəqsanə onu tənqid edən müğənni həmkarının payını verdi

1 May 2013, 12:53


Müğənni Rəqsanə İsmayılova ötən gün əməkdar artist Zöhrə Abdullayevanın efirdən onun ünvanına səsləndirdiyi “Rəqsanənin səsi yoxdur” fikri ilə bağlı Modern.az-a mövqeyini bildirib. Hazırda Moskvada olan və mətbuata açıqladığı layihələrin həllinə çalışan sənətçi adının arzulamadığı mövzularda hallandırılmasından narahatdır. Xatırladaq ki, Z. Abdullayeva eyni zamanda bunları söyləyib: ““İnternetdə onun canlı çıxışlarına baxmışam. Oxuya bilmir, sənəti yoxdur. Amma insan kimi çox yaxşıdır”.

R. İsmayılova isə öz növbəsində bildirir ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür. “Səsim olmasa yüzlərlə insanın qarşısında canlı necə oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç bir vaxtda oxumaq, repertuar problemim olmayıb. Amma efirə çıxıb Rəqsanəni bəyənmədiyini söyləyənlərin birini belə bir məclisdə görə bilmirəm. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Moskva toylarında xanımlardan daha çox tələb olunan mən və Könül Kərimova, kişilərdən isə Elton və Xəyyam Nisanovdur. Həmkarlarım da mənim toy oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mənim mahnılarımı oxuyan sənətçilər efirə çıxanda adımı tənqid obyektinə çevirir. Mən bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam”, – deyən Rəqsanə xanım əslində, belə mövzularda danışmağın ona xoş olmadığını dilə gətirir.

“Bu gün mənə ailəm, Türkiyədə görülən sənət işlərim maraqlıdır. Yerli şou-biznesi izləməyə vaxtım belə olmur. Olsa belə, qalmaqal yaradıb, kimisə tənqid ünvanı seçmərəm. Amma mənim adımı hallandırırlar. Qəribədir ki, üzbəsurət olanda üzümdən öpüb, tərif yağdıran biriləri, sözünü efirdən deyir. Zöhrə xanıma gəlincə, onu da qeyd edim ki, Hacı xanım kimi ona hörmətim sonsuzdur. Repertuarında “Segahı” eşidəndə, zövqlə dinləyirəm. Mənə onun haqqında sual versələr, bax, bunları deyərəm”. Qadının qadın haqqında heç nədən tənqid olunmasını birmənalı qəbul etmirəm”, – deyə sənətçi bildirdi.

 

Şahanə Rəhimli  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər