Modern.az

İlqar Məmmədova qarşı yeni ittiham irəli sürüldü

İlqar Məmmədova qarşı yeni ittiham irəli sürüldü

1 May 2013, 14:38


Hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədova qarşı daha bir ittiham irəli sürülüb. Modern.az-ın məlumatına görə, İsmayıllı hadisələrində tutulan İlqar Məmmədova qarşı 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, İsmayıllıda baş verən hadisələrdə təqsirli bilinən İlqar Məmmədov barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ittiham olunara Nəsimi rayon məhkəməsinin qərarı ilə iki ay azadlıqdan məhrum edilmişdi .İlqar Məmədovun həbs müddəti daha sonra 2 ay da artırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?