Modern.az

Mətbuatda Azərbaycan-Avropa mövzusuna maraq artıb

Mətbuatda Azərbaycan-Avropa mövzusuna maraq artıb

19 Mart 2010, 10:17

Azərbaycandakı aparıcı yazılı mətbuat orqanları Avropa-Azərbaycan əlaqələri mövzusuna geniş yer ayırmağa yenə də maraq göstərmir. Bununla belə yanvar ayına nisbətən fevral ayında bu mövzuya diqqət bir qədər artıb.

«Ortaq Dəyərlər» İctimai Birliyi fevral ayı ərzində 5 gündəlik aparıcı qəzetdə aparılan monitorinqin nəticəsində bu qənaətə gəlib. Qeyd edək ki, sözügedən monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə «Ortaq Dəyərlər» İctimai Birliyinin həyata keçirdiyi «Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi» layihəsi çərçivəsində aparılıb.

Birlikdən Modern.az-a verilən məlumata görə, 2010-cu ilin fevral ayı ərzində 5 gündəlik qəzetdə («Yeni Müsavat», «Yeni Azərbaycan», «Azadlıq», «Olaylar», «Ekspress») Avropa-Azərbaycan əlaqələri mövzusu ilə əlaqədər ümumilikdə cəmi 30 yazı dərc edilib. Bu yazılardan 20-si xəbər, 9-u məqalə, 1-isə müsahibədir.

Yanvar ayında olduğu kimi fevralda da yazıların da bir qismi əsasən Avropa-Azərbaycan əlaqələrinin inkişafına, ortaq dəyərlərin axtarışına həsr olunmayıb. Lakin birinci aya nisbətən ikinci ayda məqalələrin sayı artıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir