Modern.az

Azərbaycanın iki alim-yazarı İranda həbs olundu

Azərbaycanın iki alim-yazarı İranda həbs olundu

Ədəbi̇yyat

1 May 2013, 14:59

Aprelin 30-da İranın ETTELAAT əməkdaşları 6 nəfər azərbaycanlı mədəni fəalı tutublar. Tutulan şəxslərin ikisi Azərbaycan Respublikasının vətəndaşıdır.

Güneyli fəal Elçin Hatəminin Modern.az saytına veridyi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları olan tutulanların adları Xalidə Xalid və digərinin adı Şamax olaraq qeydə alınıb. Aşıq İsa Qaraxanlı, Oqtay Rəşidi, Əmir Hadian, bir də soyadı Fərhadi olan mədəni fəal naməlum yerdə həbs ediliblər.

Xalidə Xalid araşdılrmaçı yazardır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Türk xalqları Ədəbiyyatı” şöbəsinin elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şəhriyarşünasdır.

Onun köməkçisi Şamax yazıçı və şəhriyarşünasdır. Bunlar milli fəallarla birlikdə Təbriz şəhərində Oqtay (Məhəmməd) Rəşidinin atasının şəxsi mənzilində tutulublar. Məmurlar evə basqın etdikləri zaman evi axtarıblar və ailədə vəhşət və qorxu yaradaraq milli fəalın şəxsi əşyalarını, xüsusi ilə kitablarını, kompüterini özləri ilə aparıblar.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!