Modern.az

İranda həbs olunan Xalidə Xalid sonuncu dəfə 4 gün öncə işdə olub

İranda həbs olunan Xalidə Xalid sonuncu dəfə 4 gün öncə işdə olub

1 May 2013, 15:24

Aprelin 30-da İranın ETTELAAT əməkdaşları 6 nəfər azərbaycanlı mədəni fəalı tutublar. Tutulan şəxslərin ikisi Azərbaycan Respublikasının vətəndaşıdır. 
Onlardan biri Xalidə Xalid araşdılrmaçı yazardır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Türk xalqları Ədəbiyyatı” şöbəsinin elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şəhriyarşünasdır.  

Modern.az saytı Nizami adına Ədəbiyyat İnstitunun Türk xalqları ədəbiyyatı şöbəsi ilə bu barədə əlaqə saxlayıb. Şöbənin əməkdaşı bunları bildirib.

”Bəli Xalidə xanım bizim əməkdaşdır, Şəhriyarşümnas alimdir. Amma İrana nə məqsədlə getdiyini biz də bilmirik”.

O da qeyd edilib ki, Xalidə Xalid sonuncu dəfə 4 gün öncə işdə olub.

Modern az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?