Modern.az

Türkiyədə Azay Quliyevə mükafat verildi - FOTOLAR

Türkiyədə Azay Quliyevə mükafat verildi - FOTOLAR

1 May 2013, 16:19


Bu gün Ankarada “Ankarapalas” otelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin III Beynəlxalq QHT Forumu öz işinə başlayıb. Forumda 11 ölkədən 70 nümayəndə qatılıb. Azərbaycanı forumda millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, forumun rəhbəri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edir.

Forumda Türkiyənin baz nazirinin müavini  Bəkir Bozdaş da iştirak edib.

Modern.az saytı xəbər verir ki, Azay Quliyev tədbirdə Türkiyənin millət vəkili İsmayıl Safi tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumunun inkişafında göstərdiyi xidmətlərə görə təltif edilib.

Eyni zamanda Azay Quliyev də Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq baş nazirin müavini Bəkir Bozdağa Azərbaycan xalçası hədiyyə edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir