Modern.az

Eldar Namazov: ”Sabah Bakıya qayıdıram”

Eldar Namazov: ”Sabah Bakıya qayıdıram”

1 May 2013, 16:23

“El” Hərəkatının sədri Eldar Namazov xarici ölkədə olduğunu təsdiq edib. Modern.az-a qısa açıqlamasında E. Namazov bildirib ki. ölkədə deyil. “Hazırda Azərbaycanda deyiləm. Sabah Bakıya qayıdıram”-deyə o vurğulayıb. Lakin o hansı ölkədə olduğunu deməkdən imtian edib.

Xatırladaq ki, “El” sədrinin Rusiyada olduğu və Rüstəm İbrahimbəyovla görüşməsi barədə ölkə mətbuatında xəbərlər yayılıb.

 

Aqşin Kərimov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir