Modern.az

Jurnalist Rüfət Abbasov Mərkəzi Bankdakı işindən çıxdı

Jurnalist Rüfət Abbasov Mərkəzi Bankdakı işindən çıxdı

1 May 2013, 16:54

Modern.az saytı xəbər verir ki, keçmiş jurnalist Rüfət Azərbaycan Mərkəzi Bankının Kommunikasiya departamentinin direktoru vəzifəsindən çıxıb.

“Dörd ilə yaxın idi ki, mən Mərkəzi Bankda işləyirdim. Qərara gəldim ki, artıq şəxsi biznesimi qurmalıyam. Necə deyərlər, karyeramın ən aktiv dövrüdür və mən belə bir addım atmağı qərarlaşdırdım”-deyə R.Abbasov Modern.az-a açıqlamasında deyib.

O, Mərkəzi Bankdakı iş yerindən uzaqlaşmağının başqa səbəbi olmadığını qeyd edib.

“Çalışdığım 4 il müddətində işimdən, eyni zamanda rəhbərlikdən çox razı qalmışam, onlardan çox şey öyrənmişəm. Bankın əməkdaşları ilə hələ də əlaqələrim var. Yəni, başqa heç bir səbəb yoxdur. Sırf biznesimlə əlaqəli oradan ayrıldım”.

Jurnaslistika sahəsindən də uzaqlaşan R.Abbasov onu da vurğulayıb ki, əgər gələcəkdə mediadan  maraqlı təklif gələrsə, dəyərləndirə bilər.

1984-cü ildə Bakıda anadan olan Rüfət Abbasov Ali Diplomatiya Kollecinin beynəlxalq jurnalistika fakültəsinin və Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. ABŞ Dövlət Departamentinin Gələcəyin Liderləri beynəlxalq proqramı üzrə də təhsil alıb.

“Olaylar” İnformasiya Agentliyində və eyni adlı qəzetdə, “Trend” agentliyində çalışıb. “Reuters”in Bakıdakı müxbiri, “Azercell Telekom” MMC-nin mətbuat katibi olub.
Mərkəzi Banka gələnədək “Bank of Azerbaijan”da kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı