Modern.az

Əməkdar məşqçi Mircavadov veteranların oyunundan danışdı

Əməkdar məşqçi Mircavadov veteranların oyunundan danışdı

Təhsil

1 May 2013, 17:12


Bu gün veteran futbolçuların iştirakı ilə keçirilən oyundan öncə tanımış futbol mütəxəssisi olan Ağasalim Mircavadov məlum yoldaşlıq oyunu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. A.Mircavadovun sözlərinə görə, dünya şöhrətli veteran oyunçuların Bakıya gəlməsi yaxşı haldır.

“Əsas odur ki, gənc futbolçular bu oyuna baxıb yaxşı mənada bir şey götürsünlər və öz üzərlərində tətbiq etsinlər”.

Belə oyunlarda qələbə olmadığını bildirən A. Mircavadov bu oyunların həm şou xarakteri daşıdığını bildirib. “Ümudvaram ki, azarkeşlərdə bu oyundan həzz alacaqlar”.
Əməkdar məşqçi Çempionlar Liqası çərçivəsində keçiriləcək “Barselona”-“Bayern” oyununa da münasibət bildirib. Onun sözlərinə görə, bu mərhələni adlamaq “Barsa” futbolçuları üçün çətin olacaq.

“Ona görə ki alman futbolçular ilk oyunda qarşıya qoyulan vəzifənin öhdəsindən çox böyük ölçüdə gəliblər. Ümumiyyətlə, “Barselona” iki il bundan əvvəlki səviyyədə deyil, “Bayern” çox yüksək səviyyədə oynayır. Mən Çempionlar Liqasının finalda iki alman klubunu görürəm. “Barselona” qələbə qazana bilər, lakin iki oyunun nəticəsinə görə çətin ki finala vəsiqə qazana”. 

Abbas Quliyev 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi