Modern.az

Azərbaycan məktəblilərinin Özbəkistan zəfəri - FOTOLAR

Azərbaycan məktəblilərinin Özbəkistan zəfəri - FOTOLAR

Təhsil

1 May 2013, 17:41

Daşkəndə Kimya fənni üzrə  47-ci Beynəlxalq Mendeleyev olimpiadasına gedən 118 məktəblidən 71-i medallara layiq görülüb. Bu medalların 3-nü isə bizim azərbaycanlı məktəblilər qazanıb. Balaqardaş Bəşirov gümüş medal, Sona Quluzadə və Murad Rəhimov bürünc medala sahib olublar.

Modern.az-ın məlumatına görə, azərbaycanlı məktəblilər təhsil sahəsində yeni bir uğura imza atıblar.  Əhmədov Cavid və Tağıyeva Vəfa IV və V dərəcəli yerləri qazanıblar. 47-ci Beynəlxalq Kimya Olimpiadasını sədri, Lomonosov adına  Moskva Dövlət Universiteti kimya fakultəsinin dekanı Valeri Lunin məktəblilərin böyük sınaqlardan keçərək, ali mükafatlar aldıqlarını bildirib. O, qeyd edib ki, bu olimpiada 2 dəfə Bakıda keçirilib. İkinci dəfədir ki, Daşkənd ona ev sahibliyi edir. 
İyunun 14-15 iyulda isə Moskvada Umumdünya olimpiadası keçiriləcək.  Bu olimpiadada 78 ölkədən məktəblilər iştitak edəcək.

”2015-ci ildə isə mən belə düşünürəm ki, dünya olimpiadasına mənim çox sevdiyim Bakı şəhəri sahiblik edəcək. Azərbaycanlı uşaqlar fərqləndilər. Uşaqların qazandıqları uğurlara görə onların müəllimlərinə və dövlətlərin rəhbərlərinə minnətdaram”-deyə Lunin bildirib. Azərbaycanlı komandanın rəhbəri İqrar Nəzərov 18 dövlətin arasında Azərbaycan  komandasının da yüksək yerlər qazanmasından qürür hissi keçirdiyini vurğulayıb.

”Buna görə Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərliyinə minnətdaram. Bizim uşaqlar həmin bazada beynəlxalq səviyyəli yarışlara hazırlaşırlar. Keçən il 3 bürünc  medal qazanmışdıq. Bu il isə 2 bürünc, 1 gümüş. Əminəm ki, gələcəkdə qızıl medallarımız da olacaq”.

Bürünc və gümüş medallar aparan məktəblilərimizi Özbəkistandakı Azərbaycan səfirliyində səfir Hüseyn Quliyev qəbul edib. O, Azərbaycan səfirliyi adından 5 nəfər kimyaçı məktəbliyə hədiyyələr verib.
Bu kimyaçılar qazandıqları medallarla, hər hansı bir ali məktəbə imtahansız qəbul olmaq hüququ qazanıblar.









Ləman Ağayeva (Daşkənd)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır