Modern.az

Modern.az-ın əməkdaşı mükafat aldı

Modern.az-ın əməkdaşı mükafat aldı

1 May 2013, 18:14

Mayın 1-də Maliyyə Nazirliyində mərhum dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə maliyyə naziri Samir Şərifov müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yeni inkişaf dövrünü yaşadığını qeyd edən S.Şərifov son illərdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə daha böyük uğurlar qazanacağına zəmin yaratdığını vurğulayəb.

Sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Heydər Əliyevin həyat və fəliyyəti haqqında geniş çıxış edib.

Tədbirin sonunda Maliyyə Nazirliyi tərəfindən “Heydər Əliyevin maliyyə sisteminin inkişafındakı rolu”na həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqədə birinci yerə “Heydər Əliyevin maliyyə sisteminin inkişafındakı rolu” məqaləsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Lalə Rzazadə, ikinci yerə “Maliyyə sabitliyi iqtisadi strategiyanın başlıca prioriteti kimi” məqaləsi ilə “Üç nöqtə” qəzetinin müxbiri Əfsun Sucayev və üçüncü yerə “Azərbaycan iqtisadiyyatında məqsədyönlü maliyyə siyasətinin işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” məqaləsi ilə Modern.az portalının əməkdaşı Pərvin Məmmədova layiq görülüb.
Qaliblər diplom və mükafatlarla təltif olunublar.





Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir