Modern.az

Jurnalist Altay Zahidova prezident təqaüdü verildi

Jurnalist Altay Zahidova prezident təqaüdü verildi

Təhsil

1 May 2013, 18:44


Prezident İlham Əliyev Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Altay Qulam oğlu Zahidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqda sərəncam imzalayıb.

Qeyd edək ki, Zahidov Altay Qulam oğlu 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1954-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974-1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür.

Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır