Modern.az

Gəncədə qumbara ilə özünü partladan gənc barədə rəsmi məlumat yayıldı

Gəncədə qumbara ilə özünü partladan gənc barədə rəsmi məlumat yayıldı

Təhsil

1 May 2013, 22:53

Gəncə Şəhər Prokurorluğu və Baş Polis Idarəsi mayın 1-də saat 14.00 radələrində Gəncə şəhər sakini Kamran Məmmədovun yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etməsi barədə birgə məlumat yayıb.
Modern.az-a daxil olan rəsmi məlumatda deyilir:  

“Hadisəylə əlaqədar Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət hadisə yerinə çıxmış istintaq-əməliyyat qrupu oradan partlamış qumbaranın müxtəlif hissələrini və  22 ədəd avtomat patronu aşkar edərək götürmüşdür. Zərərçəkənin meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilmişdir. Fakt üzrə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!