Modern.az

Çempionlar Liqası: "Barsa" məğlub oldu: "Bavariya" finalda

Çempionlar Liqası: "Barsa" məğlub oldu: "Bavariya" finalda

Təhsil

2 May 2013, 01:48

Futbol üzrə Çempionlar Liqasınının finalçıları məlum oldu. Modern.az-ın məlumatına görə, ötən gecə İspaniyada baş tutan “Barselona”- “Bavariya” qarşılaşmasında gözlənilən baş vermədi. Öz meydanında “Barselona”nı böyük hesabla (4:0) məğlub edən alman klubu bu dəfə də İspaniyada qalib gələrək Çempionlar Liqasının finalın yüksəldməyi bacardı.

Rəqib meydanında oynamasına baxmayaraq “Bavariya” ispan komandasını 3:0 hesabı ilə məğlub etdi.

Qolları Robben (49), Pike (72, avtoqol) və Müller (76) vurublar.

 Qeyd edək ki, Çempionlar Liqasının finalında Almaniyanın iki təmsilçisi – «Borussiya» (Dortmund) və «Bavariya» (Münhen) qarşılaşacaq.

UEFA Çempionlar Liqasının finalı mayın 25-də Londonun "Uembli" stadionunda keçiriləcək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır