Modern.az

İlham Əliyev: “Bir dənə də olsun problem qalmayacaq”

İlham Əliyev: “Bir dənə də olsun problem qalmayacaq”

2 May 2013, 01:02


“Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik”. Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu fikirləri prezuident İlham Əliyev Qobustan ictimaiyyətinin nümayəndələri qarşısındakı çıxışında deyib.

“Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməyib. Çünki bizim çox düşünülmüş siyasətimiz var. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz var. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu”, - dövlət başçısı bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan bazar iqtisadiyyatını tam şəkildə tətbiq edib: “İqtisadi sahədə bizim tam müstəqil siyasətimiz var. Bu siyasət özünü həm iqtisadi islahatlarda göstərir, eyni zamanda, maliyyə-kredit siyasətimiz də tam müstəqildir, milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox ölkələrində milli valyuta devalvasiyaya uğrayıb, yəni, qiymətdən düşüb və insanlar bundan böyük əziyyət çəkiblər. Ancaq Azərbaycanda manatın məzənnəsi gündən-günə güclənir və indi 1 manat 1 avroya bərabərdir. Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda var. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar var və qəbul edilib. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq”.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir