Modern.az

QHT Forumu ve QHT Alyansı rəhbərləri Ankarada Media İşçiləri Sendikasında

QHT Forumu ve QHT Alyansı rəhbərləri Ankarada Media İşçiləri Sendikasında

2 May 2013, 10:57

Bu gün Ankarada Qeyri-hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Rauf  Zeyni, Türkiyə Media İşçiləri  Sendikasında olublar. Onlar qurumun rəhbəri Gürsəl Əsərlə görüşüblər. Daha sonra Rauf Zeyni Gürsəl Əsərə Türkiyə-Azərbaycan əməkdaşlığına verdiyi dəstəyə görə mükafat, Rufiz Qonaqov isə Vətəndaş Cəmiyyəti sahəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətinə görə diplom verib. Qeyd edək ki, nümayəndə heyətinə QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, Milli QHT Forumunun prezidenti Rauf  Zeyni, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Forumun birinci hissəsinə "EkoAvrasiya" jurnalının rəhbəri Hikmət Ərən rəhbərlik edir.

Forumu giriş sözü ilə açan Azay Quliyev bu tədbirin Ankarada gerçəkləşdirilməsində göstərdiyi səyə görə Türkiyənin millət vəkili İsmail Safiyə təşəkkür edib.

A.Quliyev bildirib ki, Qara Dəniz iqtisadi Əməkdaşlıq Ölkələri QHT-lərinin üçüncü forumu yüksək səviyyədə təşkil edilib. Buna görə 11 ölkə nümayəndələri adından təşəkkür edib. Eyni zamanda zaman ayırıb bu foruma qatıldığına görə Türkiyə baş nazirinin müavininə minnətdarlıq edib. Azərbaycanlı deputat diqqəti   27 noyabr 2012-ci ildə bu forumun Bakıda keçirilən ikinci yığıncağına çəkib  və qeyd edib ki, o zaman Bakı Bəyannaməsi qəbul edildi. Sədr seçildi, nizamnamə müzakirə olundu. Bəyannamədə göstərildiyi kimi QDİƏT-də fəaliyyƏt göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına və ölkələrin inkişafına kömək göstərməsi müsbət haldır. Qlobal dünyada QHT-lərin bütün məsələlərə təsir gücü böyükdür. QHT- lər sülhün ve təhlükəsizliyin qorunmasında ölkələr arasında əhəmiyyətli rol oynayırlar. QDİƏT QHT- ləri də enerji, ümumiyyətlə  regionda həyata keçirilən əksər layihələrin daha da effektli olmasında güclü rol oynayır. Təbii ki, bizim ölkələrəmizdə də demokratik dəyərlərin daha da gücləndirilməsi üçün qarşılıqlı inam ve etibarın olması vacibdir. Hesab edirəm ki, bizim bir araya gəlməyimizin əsas səbbəblərindən biri də budur. A.Quliyev bu məqamda Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası barədə qısa məlumat verib.

O, bildirib ki, qarşıdakı zamanda Şuranın  xarici QHT-lərin də layihələrini dəstəkləmək niyyəti var. Sədr III Forumdan böyük gözləntilər olduğunu da deyib. Biz bu gün Nizamnaməmizi qəbul edək. Növbəti forumun keçiriləcəyi yeri müəyyənləşdirək. Ümid edirəm ki, Forum işhtirakçıları forumun inkişafı və daha da güclü olması üçün böyük səylər göstərəcək .

Çıxışının sonunda Azay Quliyev 1 May Əmək Bayramı münasibətilə tədbir istirakçılarını təbrik edib. O, bu bayramın indi burada təmsil olunan bəzi ölkələrdə illər öncə populyar olduğunu önə çəkib. Və əminliklə bu forumun uğurlu nəticələrə  imza atacağını vurğulayıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir