Modern.az

“El” təmsilçisi AMİP sədrinə cavab verdi

“El” təmsilçisi AMİP sədrinə cavab verdi

Təhsil

2 May 2013, 11:22

“Biz Azərbaycanı demokratik məmləkətə çevirmək istəyən, avtoritarizmdən demokratiyaya keçidi əsas götürən, xalqın sosial sifarişini və mənafeyini hər şeydən üstün tutan bütün siyasi partiya, təşkilatlarla əməkdaşlıq etməyə hazırıq”. Bunu Modern.az -a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev AMİP sədri Yusif Bağırzadənin əməkdaşlıqdan imtina etmək haqqında dediklərinə münasibət bildirərkən deyib.

“El” rəsmisi onu da əlavə edib ki, əməkdaşlıqla bağlı şəffaf məramlarını açıqlayıblar. “Bəlkə də Azərbaycan tarixinin siyasi səhnəsində ilk dəfədir ki, xalqı öz taleyinə sahib çıxmağa bir qurum yaratmışıq. Biz bu mənada siyasi partiyalarla əməkdaşlığa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Amma bir şərt var: həmin siyasi partiyalar xalqın mənafeyini uca tutmalıdır”, – deyə E. Quliyev ciddi mesajlar verib.

Xatırladaq ki, AMİP sədri Yusif Bağırzadə  prezident seçkisində “El” hərəkatı ilə birgə iştirak etməyəcəyini bəyan etməklə öz namizədlərini irəli sürəcəklərini vurğulayıb. Qeyd edək ki, “El” Hərəkatının sədri Eldar Namazov da prezident seçkisində namizəd olacağını elan edib.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar