Modern.az

Milli Məclisin növbəti iclasında əsas məsələ amnistiya olacaq

Milli Məclisin növbəti iclasında əsas məsələ amnistiya olacaq

Aktual

2 May 2013, 11:30

Milli Məclisin növbəti iclası eks-prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. Modern.az xəbər verir ki, Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin növbəti iclası Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. “İkinci məsələ, məlum olduğu kimi, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amnistiya Aktının qəbul olunması ilə bağlı müraciət edib. Həmin müraciətə də baxılacaq. Bu iki məsələ mayın 7-də keçiriləcək iclasda əsas müzakirə mövzularıdır”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir